Haqqımızda Reklam
12 
May
2021
15:55
14
24
4021

Mərkəz rəhbərindən gözlənilməz açıqlama: "Dörd və ya altı həftə ölkədə sərt karantin elan etməyə səbəblər var"

"İqtisadiyyatımız imkan versəydi, ölkədə dörd və ya altı həftə ərzində güclü bir karantin tətbiq etmək üçün səbəblər mövcuddur". 24News.ge xəbər verir ki, bu sözləri Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamqrelidze, FORBES HEALTH-a verdiyi müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, keçən bahardan fərqli olaraq indiki iqtisadiyyat artıq buna dözə bilmir: "İqtisadiyyatımız imkan versəydi, ölkədə dörd və ya altı həftə ərzində güclü bir karantin tətbiq etmək üçün səbəblər mövcuddur. Keçən bahardan fərqli olaraq indiki iqtisadiyyat artıq buna dözə bilmir, o vaxt rezervlərimiz, insanlara kömək üçün daha çox ümidlərimiz və xalqın imkan və əzmkarlığı daha güclü idi. Bu gün bu üç komponent təəssüf ki, yoxdur", - deyə Qamqrelidze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989