Haqqımızda Reklam
11 
May
2021
23:04
10
18
1518

İrakli Kobaxidze payızda keçiriləcək seçkiləri şərh etdi...

"Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze, bu ilin payızında keçiriləcək bələdiyyə seçkilərini şərh edib. 24News.ge xəbər verir ki, Kobaxidze "VMH"-nın rəhbəri, Nika Melianın müxalifət tərəfindən Tbilisi meri vəzifəsinə namizəd göstəriləcəyi təqdirdə, hakim partiyanın yüksək faizlə Melianı məğlub edəcəyini bildirib. Kobaxidze istənilən halda seçkilərdə qalib gələcklərini bildirib: "Nika Melia bələdiyyə seçkilərində birləşmiş müxalifət tərəfindən Tbilisi merliyinə namizəd olaraq göstərilərsə, hesab edirəm ki, biz təqribi olaraq 65% səslə qalib gələcəyik. Müxalifətin namizədləri fərqli olarsa, ola bilsin ki, səs faizləri başqa cür olsun. Ancaq, istənilən halda bizim partiyanın namizədi qalib gələrək, Tbilisi meri seçiləcək", - deyə Kobaxidze bildirib. Onun sözlərinə görə, "Gürcü Arzusu" tərəfindən ölkə üzrə 64 nəfər mer vəzifəsinə irəli sürüləcək şəxslər və sakrebulo üzvləri barəsində partiyanın siyasi şurası yaxın vaxtlarda müzakirə aparacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989