Haqqımızda Reklam
11 
May
2021
12:26
14
5
2975

Fitrə zəkatı bu il hansı məbləğdə çıxılmalı və kimlərə verilməlidir - Suallara cavab

Bu il üçün Gürcüstanda adambaşı Fitrəzakatı 4-5 lari məbləğində götürülməlidir. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanlar İdarəsinin Şeyxi Hacı Ramin İgidov açıqlama verib. O, İnsanların öz maddi imkanından asılı olaraq, ya ərzaq növləri arasında daha bahalı olanını seçə bilər, ya da fitrə zəkatının miqdarını 3 kq-dan çox götürə biləcəklərini qeyd edib. Fitrə zəkatı kimlərə düşür sualına cavab: Həddi buluğa çatmış fəqir olmayan hər kəsə - özünün və onun himayəsində olan (çörəyini yeyən şəxslərə). Fitrə zəkatının cinsi və miqdarı: Hər bir şəxs üçün təqribən 3 kq buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və ya bunların dəyəri qədər pul. Yaxşı olar ki maddi vəziyyəti yaxşı olanlar ən bahalı olanını (yəni xurma və kişmişin) qiyməti dəyərini versinlər. Fitrə zəkatının vacib olması və çıxarılma vaxtı: Fitr bayramının axşamı. Fitrə zəkatının verilmə vaxtı: Bayram gününün zöhrünə qədər. Fitrə zəkatını kimə vermək olar: Müstəhəbdir ki, insan zəkat fitrəsini verəndə qohum fəqirləri başqalarından qabağa salsın, sonrakı mərhələdə fəqir qonşularına, sonra isə fəqir elm əhlinə versin. Fitrə zəkatı fəqirə, yolda qalan müsafirə, ağır durumda olan borcluya və s. verilə bilər. Fitrə zəkatını möminə vermək müstəhəbdir. Seyyid olmayan şəxs, seyyidə fitrə zəkatı verə bilməz. DİQQƏT: İslam şəriətində fəqir elə şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcinə sahib deyil. Müəyyən işi və qazancı olsa da ailəni idarə etməyə kifayət etmir. Bir sözlə çox çətinliklə yaşayışını keçindirir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989