Haqqımızda Reklam
11 
May
2021
11:21
16
12
1565

Daha iki hökumət nümayəndəsi Giorgi Qaxarianın komandasına keçdiyini elan etdi

Qori Bələdiyyəsinin mer müavinləri tutduqları vəzifələrindən istefa veriblər. 24News.ge xəbər verir ki, bu barədə onlar şəxsi facebook səhifələrində açıqlama veriblər. Vəzifələrindən istefa verən müavinlər -Erasti Elicaraşvili və Paata İvanişvilidir. İstefa verən müavinlər Giorgi Qaxariyanın komandası ilə işlərinə davam etdirəcəklərini və özünüidarəetmə seçkilərinə hazırlaşacaqlarını bildiriblər: “Bildirmək istərdik ki, birbaşa istefa etməyimiz istənilir. Bizim üçün vəzifə bir məqsəd deyil və biz indi də bunu davam etdirməyəcəyik. Vəzifəmizi tərk edirik. Hakim partiyaya xəbərdarlıq etmək istəyirəm ki, siyahıda adları olan və işdən çıxarmağı planlaşdırdığınız bələdiyyə işçiləri və dövlət məmurlarına əlinizi vurmayın. Biz Qorililərə Qaxariyanın komandası ilə qayğı göstərməyə davam edəcəyik", - deyə Elicaraşvili qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989