Haqqımızda Reklam
10 
May
2021
23:12
27
3
2543

Ərdoğan başda islam aləmi olmaqla, bütün dünyanı hərəkətə keçməyə çağırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin lideri Mahmud Abbas və HƏMAS-ın Siyasi Büro rəhbəri İsmayıl Həniyyə ilə telefon əlaqəsi saxlayıb. 24News.ge xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğan İsrail hücumlarına qarşı başda islam aləmi olmaqla, bütün dünyanı hərəkətə keçirmək üçün əllərindən gələni edəcəyini açıqlayıb. Türkiyə lideri hər zaman Fələstinə dəstək verəcəklərini, fələstinli qardaşlarının yanında olacaqlarını deyib: “İsrailin əl-Əqsa məscidinə qarşı açıq-aşkar təcavüzlərini kəskin pisləyirik. Bu təcavüzlər hər il ramazanda təkrarlanır. Hər bir insan üç dinin beşiyi olan Qüdsdə qeyri-əxlaqi addımları və təcavüzləri pisləməlidir. Dünya ictimaiyyəti Qüdsü və müsəlmanları müdafiə etmək istəmir... İsrail zalım və terror dövlətidir. İsrail, müqəddəslərini, min illlərdə ata-babalarından miras aldıqları evlərini və vətənlərini qoruyan müsəlmanlara təcavüz edir", - deyə Ərdoğan bildirib. Xatırladaq ki, Şərqi Qüdsdə İsrail polisi ilə toqquşmalar nəticəsində azı 215 fələstinli xəsarət alıb, onlardan 154-ü xəstəxanaya yerləşdirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989