Haqqımızda Reklam
10 
May
2021
20:35
19
12
10824

Həbsdən çıxan Nika Melia ilk müsahibəsini verdi...

"Vahid Milli Hərəkat" partiyasının rəhbəri, Nika Melia Rustavidəki 12 nömrəli cəzaçəkmə müəsisəsini tərk edən zaman müsahibə verib. 24News.ge xəbər verir ki, partiya lideri jurnalistlərin bir sıra suallarını cavablandırıb. Parlamentə daxil olacaqsızmı sualına Melia belə cavab verib: "Parlamentə girmək üçün, indi birmənalı cavab verə bilmərəm, qərar praqmatik və rasional olmalıdır. Sabahdan etibarən partiyada məsləhətləşmələr aparılacaq və daha sonra qərar veriləcək". Müxalifət lideri həmçinin digər müxalif partiyaların mövqelərinə də münasibət bildirib: "Heç kimi aldatmayaq, əgər biz bilsək ki, sabah seçkilər proporsional qaydada baş tutacaq, bu zaman müxalifət arasında polemika baş tutmalıdır - Bu normaldır, ancaq, biz buna nail olmamışıq. İctimaiyət qarşısında səmimi olmalıyıq. Mənə maraqlıdır, kimsə məqsədini dəyişməyibki? Ola bilər ki, bəziləri hesab edir ki, 2024-cü ilədək gözləməlidir və oktyabrdakı seçkilər onlar üçün önəmli deyil. Ola bilər ki, bəziləri hazırda mübarizəyə başlamağı praqmatik hesab etməsin. Hesab edirəm ki, müxalifətdə yeni bir silah üzə çıxmalıdır. Bu silah mübarizəyə başlamayacaq, sadəcə mövcud mübarizəni oyandıracaq. Biz artıq bu mübarizəni aparırıq", - deyə Nika Melia bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989