Haqqımızda Reklam
10 
May
2021
20:05
20
4
932

Ərdoğan: “Türkiyənin təhlükəsizliyini pozmağa çalışan xain əllər kökündən kəsiləcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, terrorçular tərəfindən övladlarının oğurlanması səbəbindən Diyarbəkirdə etiraz aksiyası keçirən analarla birgə iftar edib. 24News.ge xəbər verir ki, Ərdoğan iftar süfrəsində Türkiyəyə qarşı yönələn təzyiqlərə münasibət bildirib. O qeyd edib ki, Türkiyənin təhlükəsizliyini pozmağa çalışan xain əllər kökündən kəsiləcək: “Necə Qabarı, Cüdini, Bestler dərəsini terrorçulara dar elədik, Qəndil də onlar üçün qaranlıq zülmət olacaq. Türkiyədə reallaşdıra bilmədikləri xəyalları Suriyada gerçəkləşdirmək istəyirlər, amma biz onları xəyal qırıqlığına uğramaqda davam edirik”, - deyə Prezident qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989