Haqqımızda Reklam
10 
May
2021
18:49
16
5
893

Tbilisidə Azərbaycan səfirliyində baş tutan şahmat turnirinin qalibləri mükafatlandırıldı (FOTO)

Tbilisidə yeniyetmə və gənclər arasında keçirilən şahmat turnirinə yekun vurulub. 24News.ge xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyində qaliblər təltif olunub. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Şahmat Federasiyasının prezidenti Giorgi Giorqadze və digər rəsmi şəxslər iştirak edib. Turnirdə iki kateqoriya üzrə ilk üç yeri tutanlara medallar və pul mükafatları, iştirakçılara sertifikatkalar verilib. F.Quliyev turnirin təşkilinə göstərilən dəstəyə görə Marneulidəki Çay Evinin əməkdaşlarına təşəkkür edib. O, yarış iştirakçılarına turnirə qatıldıqlarına görə minnətdarlığını bildirib, qalibləri təbrik edib. G.Giorqadze çıxışında tədbirə dəvətə görə Azərbaycan səfirliyinə təşəkkürünü bildirib. O, şahmatın inkişafına həm Gürcüstan, həm də Azərbaycanda xüsusi diqqət ayrıldığını qeyd edib: "Bizim Azərbaycanın Şahmat Federasiyası ilə yaxşı münasibətlərimiz var. Ümid edirəm ki, bundan sonra da bu əlaqələr inkişaf etdiriləcək", - deyə Giorqadze bildirib. Qeyd edək ki, yarış Azərbaycan xalqının siyasi lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989