Haqqımızda Reklam
08 
May
2021
11:18
19
9
10639

Baş nazir imza atdı - Gürcüstanda bu şəxslərə 1000 lari yardım veriləcək

Gürcüstanda faşizm üzərində qələbənin 76-cı ildönümü münasibətilə İkinci Dünya Müharibəsi iştirakçılarına və ya onların ailələrinə yardım ediləcək. 24News.ge xəbər verir ki, bu barədə qərara Baş nazir İrakli Qaribaşvili bu gün imza atıb. Qərara əsasən, İkinci Dünya Müharibəsində iştirak etmiş və hazırda sağ olan şəxslərə 1000 lari, İkinci Dünya Müharibəsində iştirak etmiş və həyatını itirmiş şəxslərin ailə üzvlərinə isə 500 lari yardım veriləcək. Qeyd edək ki, sözügedən yardım birdəfəlikdir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989