Haqqımızda Reklam
06 
May
2021
18:22
26
14
2966

Qardabanidə yeni salınan parkda inəklər otlayır (FOTO)

Qardabani rayonunda yaxın günlərdə açılışı olan yeni parkın son vəziyyəti, bir sıra yerli sakinlər tərəfindən etirazla qarşılanıb. 24News.ge xəbər verir ki, bu barədə Tbilisi Azərbaycan Dövlət Dram Teatrının keçmiş aktyoru Binəli İslamoğlu video paylaşıb. O qeyd edib ki, yeni salınan parkın mühavizə xidməti olmadığı üçün, parkda artıq bir sıra yerlər dağıdılıb və parkın içində mal-qara otlayır. Binəli İslamoğlu parkın açılışında minlərlə lari xərcləməkdənsə bir kasıbın balasına maaş təyin edib oraya mühafizə xidməti təyin etmələrinin daha məqsədə uyğun olduğunu qeyd edib. Xatırladaq ki, eyni tendensiya Marneulidə yeni salınan parkın ərazisində də baş vermişdir. Müxtəlif etirazlardan sonra Marneuli parkına mühafizə xidməti təyin edildi.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989