Haqqımızda Reklam
05 
May
2021
12:36
27
6
1203

Baş nazir İrakli Qaribaşvilinin Azərbaycana səfəri başlayıb

Ölkənin Baş naziri İrakli Qaribaşvili mayın 5-də Azərbaycan Respublikasına səfər edib. 24News.ge xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Ölkənin Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar. Məlumata əsasən, rəsmi səfərin ilk görüşü Azərbaycan Prezidenti İlham Əliyevlə baş tuttacaq. Daha sonra Qaribaşvilinin azərbaycanlı həmkarı Əli Əsədovla görüşü planlaşdırılır. Baş nazir, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qaparova ilə də görüş keçirəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989