Haqqımızda Reklam
02 
May
2021
12:31
13
24
2659

Gürcüstanda sərnişin qatarı relsdən çıxıb

Zuqdidi-Tbilisi istiqaməti üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb. 24News.ge xəbər verir ki, sərnişinlər təxliyə olunub. “Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib ki, qatarın dördüncü vaqonu relsdən çıxıb və qəza zamanı xəsarət alan olmayıb. Şirkət hadisə yerinə əlavə qatar göndərib. Qəzanın səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989