Haqqımızda Reklam
13 
Apr
2021
15:18
9
21
3580

Mərkəz rəhbəri yoluxma hallarının artması səbəbi ilə məhdudiyyətlərin yenidən tətbiq...

“Yanvar ayından bəri bir gündə 1000-dən çox yoluxma olmamışdı, ölkədəki epidemiya vəziyyəti artıq pisləşib”. 24News.ge xəbər verir ki, bu sözləri Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamqrelidze deyib. Onun sözlərinə görə, önümüzdəki həftələrdə epidemiyanın qarşısı alınmasa, Koordinasiya Şurası məhdudiyyətlərlə bağlı müzakirə aparacaq: "Yoluxma halında bu gün bir sıçrayış qeydə alındı - yanvar ayından bəri bir gündə 1000-dən çox yoluxma olmamışdı. Bu, bazar ertəsi ilə əlaqəli də ola bilər, çünki həftəsonlarında götürülən testlərin bir qismi bazar ertəsi bəlli olur, amma yenə də bu hal diqqət olunası vəziyyətdir və birbaşa desək, həyəcan vericidir. Çünki ölkədəki epidemiya vəziyyəti artıq pisləşib. Noyabr-dekabr aylarını təkrarlamaq və yenidən sərt məhdudlaşdırıcı tədbirlər görmək istəmirik. Önümüzdəki həftələrdə epidemiyanın qarşısını almasaq, şura buna nəzər yetirməli olacaq",- deyə Qamqrelidze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989