Haqqımızda Reklam
13 
Apr
2021
12:57
7
12
1419

2012-ci ilə qədər insanlar həbsxanaya düşmək istəmirdi, amma indi.....

“2012-ci ilə qədər insanlar həbsxanaya düşmək istəmirdilər, ancaq Gürcü Arzusu hökuməti dövründə Nika Melia həbsdən çıxmaq istəmir” 24News.ge xəbər verir ki, bu sözıəri "Gürcü Arzusu" partiyasının millət vəkili Anri Oxanaşvili, Nika Melianın bu günkü məhkəmə prosesini şərh edərkən deyib. Onun sözlərinə görə, Melianın həbsdə qalıb-qalmaması tamamilə onun özünə bağlıdır: “2012-ci ilə qədər insanlar həbsxanaya düşmək istəmirdilər, ancaq Gürcü Arzusu hökuməti dövründə, həmin cinayət sisteminin qurucularından biri olan Nika Melia həbsdən çıxmaq istəmir. Bu bir həqiqətdir və hamımız bunu görürük. Melia bütün vətəndaşlara tətbiq olunan qaydalara hörmət edirsə, onda Cinayət Prosessual Qanunu ilə müəyyən bir hərəkəti həyata keçirməlidir [girov ödəməlidir]. Prokurorluğun tədbir görməyə hazır olduğu və bunun nəticəsində Nika Melianın həbsdə qalmayacağı barədə açıqlamasını hamımız görmüşük. Buna görə də həbsdə qalıb-qalmaması tamamilə Meliyaya bağlıdır",-deyə Xatırladaq ki, hazırda Tbilisi Şəhər Məhkəməsində Nika Melianın məhkəmə prosesi keçirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989