Haqqımızda Reklam
13 
Apr
2021
11:54
11
8
1404

Gürcüstan döyüş təyyarələrini yeniləyir (FOTO)

Gürcüstanın Müdafiə Qüvvələrinə məxsus Su-25 qırıcı döyüş təyyarələrinin bərpası və modernləşdirilməsi həyata keçirilir. 24News.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına əsasən, yenilənmiş ikinci hərbi təyyarə bu gün uğurlu sınaq uçuşu yerinə yetirib. Bərpa olunmuş ilk “Su -25”in sınaq uçuşu isə martın 6-da baş tutub. Qeyd edək ki, Müdafiə Nazirliyinin balansında olan döyüş təyyarələrinin modernləşdirilməsi 2022-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989