Haqqımızda Reklam
13 
Apr
2021
11:39
10
3
879

Müxalifət liderindən açıqlama: "Danışıqların və razılığın vaxtıdır"

“İndi inadkarlıq və ölkəmizə qarşı çıxmağın vaxtı deyil, danışıqların və razılığın vaxtıdır”. 24News.ge xəbər verir ki, bu sözləri "Vahid Milli Hərəkat" partiyasının üzvü Zaal Udumaşvili, ölkədə davam edən siyasi böhranı şərh edərkən deyib. Onun sözlərinə görə, avropalı diplomatların Gürcüstana gəlişi, ölkədəki siyasi böhranın həllinin Avropanın marağında olduğunu göstərir: "Avropalı həmkarlarımıza təşəkkür etməkdən başqa heç bir şey deməmişik. Onlar Gürcüstandakı siyasi böhranın həllində maraqlıdırlar. Bu cür nüfuzlu siyasi xadimlərin Gürcüstana gəlməsi, ölkənin böhrandan çıxmasının Avropanın marağında olduğunu göstərir. Bu, hökumətə çox açıq bir siqnaldır. İndi inadkarlıq və ölkəmizə qarşı çıxmağın vaxtı deyil, danışıqların və razılığın vaxtıdır”, - deyə Udumaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989