Haqqımızda Reklam
13 
Apr
2021
10:51
12
12
2799

Son sutka ərzində ölkə üzrə yoluxma sayında ciddi artım müşahidə olundu

Ölkədə yoluxma sayında ötən günlə müqaisədə bu gün ciddi şəkildə artım müşahidə olunub. 24News.ge xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 1 374 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 422 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 290 129 nəfərə çatıb. Onlardan 278 251 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 11 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3,894 nəfər həyatını itirib. Hazırda ölkə üzrə karantin rejimində 205, stasionar nəzarətdə 2 445, nəfər var. 323 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır. Xatırladaq ki, ötən gün ölkə üzrə 359 yoluxma halı qeydə alınmışdı.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989