Haqqımızda Reklam
26 
Iyn
2019
18:25
7
2
674

Kreml Tbilisi haqda səhv qərar verdi – Siyasətçidən şərh

Gürcüstanda baş verən etiraz aksiyalarının geniş yayılmasında Qərbin də müəyyən dərəcədə əli var. Çünki Qərb Rusiyanın nüfuzunu bu ölkədə azaltmağa çalışır. 24News.ge xəbər verir ki, bu sözləri Azərbaycanlı politoloq Arzu Nağıyev ölkəmizdəki vəziyyəti şərh edərkən deyib. O bildirib ki, gürcü xalqı rusların Gürcüstanda həm rəhbərlik, həm də dostluq etməsinə qarşıdır: “Gürcüstanda mitinqlərin başlamasına səbəb Parlamentlərarası Pravoslav Assambleyasının Tiflisdə keçirilən 26-cı sessiyasının plenar iclasına Rusiyanı təmsil edən kommunist Sergey Qavrilovun sədrlik etməsi oldu. Düzdür, bu, mitinqlərin başlaması üçün tam səbəb olmasa da, məhz bundan sonra problemlər yaşandı. Əvvəllər Gürcü Arzusu Partiyasının rəhbəri Bidzina İvanişvili fikirləşirdi ki, Rusiya iqtisadi cəhətdən onlara kömək edəcək və bunun nəticəsində inkişaf edəcəklər. Lakin onun bu istəyi alınmadı. Bu gün gürcü xalqı müəyyən siyasi məsələlərlə razılaşsa da, son hadisəni qürurlarına sığışdıra bilmədilər və belə bir addım atdılar. 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanı Rusiyanın işğal etməsindən sonra RF nümayəndəsinin parlamentdə çıxışı Gürcüstan xalqının qüruruna toxundu və onlar belə hesab edirlər ki, bu hadisələr Gürcüstanın müstəqilliyinə mənfi təsir edən amillərdəndir. Baş verən hadisəni bu dərəcəyə gətirib çatdırmaq düzgün deyildi. Rusiya elə bilirdi ki, Gürcüstan xalqını tam şəkildə sakitləşdirib, lakin bu hadisələrdən sonra məlum oldu ki, nə gənc, nə də yaşlı nəsil Rusiyanın Gürcüstana qarşı etdiklərini bağışlamayıb”. Politoloq qeyd edib ki, Gürcüstanın əvvəllər fəxrlə haqqında danışdığı hüquq-mühafizə orqanları bu gün aksiyalarda etirazçılara qarşı gözyaşardıcı qazlardan və rezin güllərdən istifadə edir. Bütün bu hadisələr isə xalqın heysiyatına toxundu: “Bu olaylardan istifadə edən bəzi siyasi partiyalar aksiyaların geniş füsət almasına çalışır, Bidzina İvanaşvilinin partiyasının və bir neçə gürcü rəsmisinin istefasını tələb edir. Gürcüstanda əsas mübarizə siyasi partiyalar arasında gedir. Bütün bu hadisələrin qarşısını almaq üçün hesab edirəm ki, siyasi partiyalar danışıqlara getməlidir və problemləri həll etməlidir. Onlar dəqiq, kordinasiyalı şəkildə qərar qəbul etməlidirlər və yaxud indidən seçkilərə getməlidirlər. Əks halda problemlər böyüyəcək”.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989