Haqqımızda Reklam
10 
Apr
2021
12:22
25
4
2940

Bolnisinin deputatı Qoqi Meşvelianinin qardaşı, küllü miqdarda pulların yeyiləmisnə etiraz olaraq tutduğu vəzifəni tərk edib

Bolnisinin majoritar millət vəkili Qoqi Meşvelianinin qardaşı Qoça Meşveliani, "Gürcü Arzusu"nun Bolnisi qərargahını tərk edib. 24News.ge xəbər verir ki, bu barədə Qoça Meşveliani şəxsi facebook səhifəsində açıqlama verib. Onun sözlərinə görə, partiyanı tərk etməyinin səbəbi Bolnisi rayon təşkilatı ilə əlaqədardır: “Dostlar, hamını salamlayır. Əvvəlcə son beş ildə qarşılıq gözləmədən yanımda olan bütün insanlara səmimi təşəkkürümü bildirirəm. Sizə bildirmək istəyirəm ki, mən Bolnisinin 'Gürcü Arzusu'nun qərargah zona rəhbəri vəzifəsini tərk edirəm və Bolnisi regional təşkilatı ilə bütün əlaqələrimi dayandırıram. Sizi inandırmaq istəyirəm ki, ayrılmağımın səbəbi ölkədə gedən siyasi proseslər deyil. Sözügedən qərar Bolnisi rayon təşkilatı ilə əlaqədardır. Gələcək planlarıma gəldikdə, sizi əmin edirəm ki, qərarım üçün kifayət qədər hərtərəfli səbəblərin siyahısı mütləq bir neçə mərhələdə açıq olacaq və ictimaiyyətə məlum olacaq”, - deyə Q. Meşveliani qeyd edib. Qoça Meşveliani həmçinin, onun postuna yazılan rəylərə cavab verərkən partiyada külli miqdarda pulun yeyildiyini qeyd edib: “Mütləq mənim əzizim. Təşəkkür edirəm İrma. Əgər maddi gələcəyimi nəzərdə tutursansa, mən tərəfdə heç nə dəyişmədi! Şərəfsizlərin hər ay yüz minlərlə pulu necə ciblərinə atdıqlarına baxmağa davam etməyəcəm!”, - deyə Qoça Meşveliani qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989