Haqqımızda Reklam
08 
Apr
2021
21:01
16
26
14289

Baş nazir dövlət balansında olan bir sıra torpaqları vətəndaşlar özəlləşdirə biləcəklərini açıqladı

"Hökumətin iclasında çox önəmli bir təşəbbüsü müzakirə edərək, təstiq edəcəyik. Bu təşəbbüs kənd təsərrüfatı tipli torpaqlarla bağlıdır". 24News.ge xəbər verir ki, bu sözləri Baş nazir İrakli Qaribaşvili, hökumətin bu gün keçirdiyi onlayn iclas zamanı deyib. Onun sözlərinə görə, icarə əsasında verilmiş əkin sahələrindən başqa, biçənək sahələrinin də satışı mümkün olacaq. Bundan əlavə, bu günədək icarə əsasında verilmiş sadəcə 10 hektaradək torpaq sahəsinin satışı mümkün idisə, indi bu məhdudiyyət təmamilə götürülür. Həmçinin, 2021-ci ilin 31 mart tarixinədək dövlətin balansında olan torpaqları icarəyə götürən vətəndaşların bu torpaqları satın almaq imkanları olacaq. Onun sözlərinə görə, bu qərar əsasında vətəndaşlar ölkə miqyasında ümumilikdə 11 000 hektar torpaq sahəsini öz adlarına keçirə biləcəklər. Bu torpaq sahələrinin ümumi dəyəri 100 milyon lariyə yaxındır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989