Haqqımızda Reklam
25 
Iyn
2019
23:24
7
5
1316

Şalva Natelaşvili etirazçılara qoşularaq prezident Salome Zurabişviliyə səsləndi (FOTO)

Tbilisidə parlament binasının önündə etirazçılara "Leybaristlər" partiyasının sədri Şalva Natelaşvilidə qoşulub. 24News.ge xəbər portalının əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, O çıxışı zamanı bir çox siyasi şuarlar səsləndirərək xalqı dəstəkləyib. Şalva Natelaşvili həmçinin Nika Meliyanın mandatının alınması məsələsinədə toxunub: "Əgər sabah Nika Meliyanın mandatının əlindən alınmasına hansısa siasətçi səs verəcəksə o şəxs ömür boyu siyasətdə yaxşı yerdə olmayacaq və Gürcü xalqı həmin şəxsi siyasətdən yox edəcək". Partiya sədri çıxışı zamanı prezident Salome Zurabişviliyədə səslənib: "Gürcüstanın dördüncü prezidenti gəldi xalqla birlikdə oldu bu çox müsbət haldır və alqışlanası addımdır. Bəs hər gün Salome Zurabişvili deyir mən hərkəsin prezidentiyəm bu xalq bəs onun xalqı deyilmi, niyə xalqın içinə gəlmir, bu kütlə xalq deyilmi?".-deyə o bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989