Haqqımızda Reklam
04 
Apr
2021
14:38
8
26
4647

Gürcüstanda ciddi nəzarət altına alınan 7 kənd barədə açıqlama

Şida Kartli qubarnatoru Mamuka Saqareişvili və Quriya bölgəsinin qubernatoru Qiorqi Saxokia, hər iki bölgədə koronavirusun yayılması səbəbi ilə ciddi nəzarət altına alınan kəndlər barədə məlumat veriblər. 24News.ge xəbər verir ki, qubernatorlar son 48 saat ərzində çox sayda əhalinin yoxlanıldığını və bölgədəki vəziyyətin nəzarət altında olduğunu bildiriblər. Onların sözlərinə görə, koordinasiya şurasının qərarı ilə sözügedən kəndlərdə nəzarət gücləndirilib və bütün lazımi tədbirlər görülməkdədir. Kəndlərdə mövcud olan orta məktəblər bir həftəlik onlayn təhsil rejiminə keçib. Qubernatorlar, 2 həftə sonra mövcud vəziyyətin yenidən analiz ediləcəyini və müvafiq qərarların veriləcəyini bildiriblər. Xatırladaq ki, Kaspi Bələdiyyəsində 3, Ozurqeti, Lançxuti və Zuqdidi bələdiyələrinin ümumilikdə 4 kəndində, epidemioloji vəziyyət pisləşdiyindən ciddi nəzarət tətbiq olunub. Kəndlərin girişində polis nəzarət məntəqələri qurub və kəndlərə daxil olan və çıxan vətəndaşlar termoksrinqdən keçirilir. Ehtiyyac yaranacağı təqdirdə isə vətəndaşlar koronavirusla əlaqədar test edilirlər.

www.24news.ge