Haqqımızda Reklam
24 
Iyn
2019
16:49
13
3
791

Müxalifətdən açıqlama: "Mübarizə hələ bitməyib"

Müxalif “Güc birlikdədir” birliyi hakim Gürcü Arzusu Partiyasının 2020-ci ildə parlament seçkilərinin proporsional qaydada keçirilməsi barədə qərarına münasibət bildirib. 24News.ge xəbər verir ki, təşkilatda təmsil olunan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Qriqol Vaşadze Gürcüstanda müvəqqəti qələbənin əldə olunduğunu bildirib. Onun sözlərinə görə, müxalifətin əsas tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır: “Bu gün baş verənlər Gürcüstanın bütün vətəndaşları, gəncləri və birləşmiş müxalifətin mübarizəsinin nəticəsidir. Lakin Gürcüstanın Qərb standartlarına cavab verən demokratik ölkəyə çevrilməsi üçün mübarizə hələ başa çatmayıb”. Q.Vaşadze iyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılmasını və aksiyanın dağıdılmasında qanunsuz hərəkətlərə yol verənlərin hamısının cəzalandırılmasını da tələb edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989