Haqqımızda Reklam
24 
Iyn
2019
15:36
2
0
465

Baş Prokurorluq aksiyada baş verənlərlə bağlı istintaqa başladı

Paytaxt Tbilisidə iyunun 20-21-də keçirilən kütləvi etiraz aksiyalarında hüquq mühafizə orqanları əməkdaşlarının vəzifə səlahiyyətlərini mümkün aşması ilə bağlı istintaqa başlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunda keçirilən brifinqdə prokuror Koka Katsitadze bildirib. O, vətəndaşlara müraciət edərək qanun pozuntularının əks olunduğu foto və videomaterialları sübut kimi təqdim etməyə çağırıb. K.Katsitadze qeyd edib ki, yekun qərarın qəbul olunması üçün insidentlərin tam mənzərəsini yaratmaq olduqca vacibdir: “Ən xırda qanun pozuntusu belə cavabsız qalmayacaq”. Baş Prokurorluq istintaqın şəffaflığını təmin etmək üçün prosesə Ombudsman Aparatını da cəlb etməyə hazırdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989