Haqqımızda Reklam
24 
Iyn
2019
15:39
0
2
528

Peskov Rusiyadan Gürcüstana hava uçuşlarının bərpasının şərtləri barədə danışdı

"Rusiyadan Gürcüstana hava nəqliyyatının bərpası bu ölkədəki vəziyyət qeyri-rusofobik istiqamətə döndükdən sonra mümkündür". 24News.ge TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Onun sözlərinə görə, nəşr olunmuş sənədlərdə (Rusiya prezidentinin Gürcüstana hava nəqliyyatı ilə 8 iyul tarixindən müvəqqəti qadağan edilməsi haqqında sərəncamından) orada müəyyən bir müddət yoxdur. “Bu sadəcə Gürcüstanda vəziyyət sabitləşməsi ilə bağlıdır. Bütün bunlar öz həllini tapdıqdan sonra qərarı yenidən nəzərdən keçirmək üçün bir fürsət olacaq . Kremlin Gürcüstanda Rusiya əleyhinə çıxışlardan dolayı üzülür. Təəssüf ki, Gürcüstanda Rusiya əleyhinə şüarlar hökm sürür bu isə radikal güclər tərəfindən baş verir", deyə D.Peskov qeyd edib D.Peskov əlavə edib ki, bütün baş verənlər yalnız təəssüf hissi verə bilər. Qeyd edək ki, Rusiya Federasiyasının prezidenti Vladimer Putin 8 iyul tarixindən Gürcüstana hava uçuşlarını müvəqqəti olaraq dayanması barədə fərman imzalayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989