Haqqımızda Reklam
24 
Iyn
2019
14:50
7
0
731

Tbilisidə DİN rəhbərinin istefası tələbi ilə avtomobil yürüşü başlayıb (FOTO)

Tbilisidə Birinci Respublika meydanından Daxili İşlər Nazirliyinin binasına doğru avtomobil yürüşü baş tutub. 24News.ge xəbər verir ki, yürüş nazirlik qarşısınadək davam edəcək və orada keçiriləcək aksiyada daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb olunacaq. Hakim Gürcü Arzusu Partiyasının etirazçıların proporsional sistem üzrə parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbini yerinə yetirməsinə baxmayaraq, aksiya saat 19:00-da parlamentin binası qarşısında davam etdiriləcək. Aksiyaçılar bütün tələblər yerinə yetirilənə qədər etirazları davam etdirəcəklərini bildiriblər. Qeyd edək ki, etirazçıların hələ qəbul olunmayan tələbləri daxili işlər nazirinin istefası və iyunun 20-də Tbilisidə keçirilən askiya zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılmasıdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989