Haqqımızda Reklam
08 
Mar
2021
18:39
24
7
2502

Gürcüstanda din xadimləri və Yeparxiya nümayəndələri arasında qarşıdurma - Xəsarət alanlar var

Martvili və Çğondidi Yeparxiyasında din xadimləri və Yeparxiya nümayəndələri arasında qarşıdurma baş verib. 24News.ge xəbər verir ki, bu barədə yerli medialar məlumat yayıb. Məlumata əsasən, qarşıdurmaya səbəb Yeparxiyaya yeni təyin olunmuş mitropolit Stepan tərəfindən iki dini şəxs, Konstantine Qabisoniya və Petre Ğuduşaurinin dini rütbəsinin əlindən alınması olub. Qarşıdurma zamanı, Yeparxiyanın ikinci mərtəbəsinin eyvanından bir neçə şəxs və mediya nümayəndələri yıxılaraq xəsarət alıblar və onlar xəstəxanaya aparılıblar. Qeyd edək ki, sözügedən Yeparxiyada hazırda din xadimlərinin bir hissəsi tələb edir ki, yeni təyin olunmuş mitropolit Stepan Yeparxiyanı tərk etsin.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989