Haqqımızda Reklam
05 
Mar
2021
11:24
18
4
1391

Marneulinin bir sıra məktəblərində "Gürcüstanda Avropa Assosiasiyasının Prosesləri" haqqında təlimlər keçirilib

Qafqaz universitetinin "Erasmus+Jan mone" layihəsi çərçivəsində, Marneulinin bir sıra məktəblərində "Gürcüstanda Avropa Assosiasiyasının Prosesləri" haqqında şagirdlərə təlimlər keçirilib. 24News.ge xəbər verir ki, layihə çərçivəsində Qafqaz Universitetinin professorları Marneuli N3 ictimai məktəbinin və Marneuli N2 ictimai məktəbinin şagirdlərinə məlumatlandırma xarakterli təlim keçiblər. Layihə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin, Marneuli Resurs Mərkəzi, NATO və Avropa İttifaqı üzrə Regional Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib. Təlimin əsas məqsədi, etnik azlıqların və qaçqınların yaşadığı bölgələrdə, Gürcüstanın Avropa Birliyinə daxil olması yolunda dəstəyin artırılmasıdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989