Haqqımızda Reklam
03 
Mar
2021
15:34
17
11
4445

19 mart tarixindən etibarən Azərbaycana kimlər daxil ola bilər sualına cavab

Martın 19-dan Azərbaycanın aşağıbüdcəli aviaşirkəti "Buta Airways" paytaxt Tbilisiyə və əks istiqamətdə xüsusi reyslər həyata keçirəcək. 24News.ge xəbər verir ki, bu barədə sözügedən şirkət məlumat yayıb. Bəs Azərbaycana kimlər səfər edə bilər sualına şirkət aşağıda cavab verir: ⠀ ● Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri; ● Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər; ● Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər; ● Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər; ● Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr. Bütün sərnişinlər uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı təqdim etməlidirlər. Tam qaydalar ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.butaairways.az/media/pdf/ Həmçinin bütün arayışların üzərində çap olunmuş QR kodu da olmalıdır. Kod skan edildikdə klinika test nəticələri haqqında məlumatı verməlidir. Xatırladaq ki, qeyd olunan marşrut üzrə uçuşlar həftədə üç dəfə – çərşənbə axşamı, cümə və bazar günlərində olacaq. Aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Belə ki, "Standart" tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. "Super" tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989