Haqqımızda Reklam
01 
Mar
2021
18:52
13
14
3419

Marneulidə ağır avtomobil qəzası baş verib (FOTO)

Marneulinin 26 may küçəsində dairəvi yolda avtomobil qəzası baş verib. 24News.ge xəbər verir ki, qəza zamanı "Honda" və "Volqa" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobillərə ciddi ziyan dəyib və sürücülər müxtəlif dərəcəli xəsarətlər alıblar. Hadisə yerinə polis-patrul xidmətinin əməkdaşları gələrək "Volqa" markalı avtomobilin sürücüsünün günahgar olduğunu təsdiq ediblər. Polis əməkdaşları tərəfindən avtomobilin sürücüsünə qanunla nəzərdə tutulan cərimə tətbiq olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989