Haqqımızda Reklam
01 
Mar
2021
16:28
5
11
1054

Paşinyan sözünü dəyişərək “İsgəndər”lə bağlı dediklərini təkzib etdi

Ermənistanın baş naziri Nikol Paşinyan “İsgəndər” raketinin keyfiyyəti ilə bağlı ona dezinformasiya verildiyini bildirib. 24News.ge “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Vane Gevorkyan məlumat verib. “Nikol Paşinyan deyib: "Faktları təhlil edərək belə qərara gəldim ki, “İsgəndər”lə bağlı mənə yanlış məruzə ediblər”. Mətbuat katibinin sözlərinə görə, “İsgəndər”in keyfiyyətinin Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlığa heç bir aidiyyəti yoxdur. Qeyd edək ki, Ermənistan ordusunun balansında olan Rusiya istehsalı “İsgəndər” taktiki-raket komplekslərindən İkinci Qarabağ müharibəsində istifadə edilib-edilməməsi ilə bağlı mübahisələr səngimir. Ermənistan silahlı qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyan noyabrın ortalarında bildirmişdi ki, müharibədə “İsgəndər”dən istifadə ediblər, ancaq onun hara atıldığını deyə bilməz. Fevralın 17-də Ermənistanın sabiq prezidenti Serj Sarqsyan yerli televiziyaya müsahibəsində bildirib ki, “İsgəndər” raketindən Şuşanı yenidən ələ keçirmək üçün istifadə ediblər. Müxbirin “düşmənin ərazisinə niyə bu raket atılmadı?” sualına cavabında o deyib: “Cavab zərbəsindən ehtiyat edildiyi üçün atılmayıb. “İsgəndər”dən müharibənin 4-5-ci günü Horadiz və başqa istiqamətlərdə istifadə etmək lazım idi”. Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezidentə cavab olaraq istifadə olunan “İsgəndər” raketlərinin ya “partlamadığı” ya da “10 %-nin partladığını” deyib. Rusiya Müdafiə Nazirliyi isə, öz növbəsində, bu raketlərin hamısının müttəfiqinin arsenalında qaldığını və müharibədə istifadə edilmədiyini açıqlayıb. Bundan başqa, qurum raketin kifayət qədər effektiv olduğunu vurğulayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989