Haqqımızda Reklam
01 
Mar
2021
15:47
14
33
6845

Qardabanidə baş verən partlayış nəticəsində məktəbli gənc dünyasını dəyişib (FOTO)

Günorta radələrində Qardabanidə məktəb yaxınlığında partlayış baş verib. 24News.ge xəbər portalının əməkdaşının hadisə yerindən verdiyi məlumata əsasən, partlayış nəticəsində biri 11, biri isə 15 yaşlı iki qardaş yaralanıb. Yaralanan azyaşlılardan biri, 15 yaşlı uşaq az öncə dünyasını xəstəxanada dəyişib. Valideynlər partlayışın səbəbinin nə olduğunu bilmədiklərini söyləyirlər: "Uşaqlar məktəbdən evə gələndə bir şey tapıblar, amma nə olduğunu bilmirəm. O tapdıqları hər nə idisə partlayıb”, - deyə valideyin bildirib. Qeyd edək ki, qəza bir neçə saat əvvəl baş verib, hazırda partlayış baş verən ərazidə kriminalistlər istintaq aparır.

www.24news.ge