Haqqımızda Reklam
26 
Fev
2021
13:46
18
4
2308

Qəbul imtahanlarına qeydiyyatın başlayacağı tarix bəlli oldu

Vahid Milli İmtahanlara qeydiyyat 1 mart saat 10:00-dan başlayacaq və 31 mart saat 18:00-dək davam edəcək. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Milli Qiymətləndirmə və İmtahan Mərkəzi yayıb. Mərkəz həmçinin, Tələbə Qrant Müsabiqəsinə, Ümumi Magistr İmtahanına, Baş Müəllim İmtahanına, habelə Müəllimlərin Fənn və Peşəkar Səriştələrin təstiq olunması üçün keçirilən imtahanlara da qeydiyyatın 1 mart saat 10:00-dan başlayacağını və 31 mart saat 18:00-dək davam edəcəyini bildirir. Xatırladaq ki, qeydiyyat yalnız Qiymətləndirmə və İmtahan Mərkəzinin online.naec.ge saytında elektron qaydada aparılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989