Haqqımızda Reklam
26 
Fev
2021
13:40
29
2
1044

Tbilisidə təşkil olunan genişmiqyaslı yürüş başlayıb

Müxalif partiyaların “Azadlıq Naminə” adı ilə təşkil etdiyi genişmiqyaslı yürüş başlayıb. 24News.ge xəbər verir ki, yürüş Tbilisidə Filarmoniya qarşısından başlayıb və parlament binasınadək davam edəcək, daha sonra isə iştirakçılar genişmiqyaslı etiraz aksiyası keçiriləcəklər, sonunda isə hökumət binası qarşısına yürüş ediləcəyi planlaşdırılır. Avropalı Gürcüstan partiyasının üzvü Gigi Uqulava, bu gündən etibarən aksiyaların həm regyonlarda həm də Tbilisidə davamlı şəkildə keçiriləcəyini, həmçinin parlamentdə iclas keçirildiyi zaman binanı bloklayacaqlarını və oraya gələn deputatlar üçün “utanc” dəhlizlərini quracaqlarını bildirib. O həmçinin, bu günkü aksiyada müxalifətin 2 aylıq planını da açıqlayacaqlarını qeyd edib. Qeyd edək ki, aksiya iştirakçılarının əsas tələbi Vahid Milli Hərəkatın lideri Nika Melianın azad olunması və növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

www.24news.ge