Haqqımızda Reklam
26 
Fev
2021
12:01
51
6
7240

Saakaşvili Gürcüstana qayıtması barədə yayılan məlumatlara aydınlıq gətirdi

"Heç vaxt hər hansı bir konkret tarixdə Gürcüstana qayıdacağım barədə söz verməmişəm". 24News.ge xəbər verir ki, bu sözləri ölkənin sabiq prezidenti, Mixeil Saakaşvili Rusiya telekompaniyası "Dojd" üçün verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, ehtiyyac yaranacağı təqdirdə Gürcüstana qayıdacaq: "Mənim Gürcüstanda böyük dəstəyə malik olmağım həqiqətdir. Sorğuların nəticələrinə görə, Gürcüstan əhalisinin 60-70%-i mənim ölkəyə qayıtmağımı istəyir. Bundan əlavə, ölkədə Nika Melianın da çox sayda dəstəkçisi var. Biz onu elektron səsvermə yolu ilə partiya rəhbəri seçdik və bununla regionda səsverməni elektron qaydada aparan ilk partiya olduq. Gürcüstana qayıtmağıma gəldikdə isə mən heç vaxt bu barədə konkret tarix deməmişəm. Ancaq buna ehtiyyac yaranarsa, edəcəm. Mən hər zaman verdiyim sözləri yerinə yetirirəm", - deyə Mixeil Saakaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989