Haqqımızda Reklam
25 
Fev
2021
14:24
23
5
8888

Gürcüstanda vətəndaşlığını bərpa etmək istəyənlərin nəzərinə...

Gürcüstanın bəzi keçmiş vətəndaşlarına vətəndaşlığını bərpa və ya qoruma hüququndan istifadə etmək üçün 2022-ci ilin 31 dekabrınadək əlavə vaxt veriləcək. 24News.ge xəbər verir ki, bununla bağlı Diaspor İşləri Komitəsi parlamentə qanun layihəsi təqdim edib. Qanun layihəsinə əsasən, Gürcüstanın keçmiş vətəndaşlarına, habelə 15 avqust 2018-ci il tarixinədək başqa bir ölkənin vətəndaşlığını alması səbəbindən Gürcüstan vətəndaşlığını itirməsi barədə qərar qəbul edilməyən vətəndaşlara, vətəndaşlığını bərpa və ya qoruma hüququndan istifadə etmək üçün 2022-ci ilin 31 dekabrınadək əlavə vaxt veriləcək. Həmçinin, 1993-cü ilədək doğulmuş və başqa bir ölkənin vətəndaşlığını qəbul etməmiş şəxslər, vətəndaşlıq və sənədləşmə məsələsini həll etmək və Gürcüstan vətəndaşlığını müəyyənləşdirmək və ya Gürcüstan vətəndaşlığının xüsusi qayda ilə verilməsi üçün,31 dekabr 2022-ci il tarixinədək müvafiq quruma müraciət etmək imkanı qazanacaqlar. Məlumat üçün bildirək ki, yuxarıda adı çəkilən fürsətlərin son tarixi 31 dekabr 2020-ci il idi, lakin qanunvericilikdə ediləcək dəyişikliklə bu fürsət daha 2 il uzadılacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989