Haqqımızda Reklam
24 
Fev
2021
17:16
24
3
1181

Tbilisidə səfirlərin və gürcü ictimai xadimlərin iştirakı ilə Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib (FOTO)

Paytaxt Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyi və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib. 24News.ge xəbər verir ki, anım mərasimində Səudiyyə Ərəbistanının səfiri, Türkmənistan, Ukrayna, Belarus, Qazaxıstan səfirliklərinin nümayəndələri, gürcü ictimai xadimlər iştirak ediblər. Tədbir zamanı qonaqlara Xocalı faciəsi haqqında buklet, üzərilərində "Xocalıya ədalət" yazısı olan qoruyucu maska və döş nişanları paylanılıb. Tədbir iştirakçıları ilk öncə Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində çəkilən sənədli filmin nümayişi olub. Muzeyin direktoru Leyla Əliyeva açılış nitqi ilə çıxış edərək 29 il öncə Xocalıda törədilən qeyri-insani vəhşiliklər barədə danışıb. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında Xocalının işğalı tarixindən və şəhərdə mülki insanlara qarşı törədilən kütləvi qırğından söz açıb. O, Xocalı soyqırımının Azərbaycanın tarixində qara səhifə və XX əsrin ən dəhşətli cinayəti adlandırıb. F.Quliyev Azərbaycanın tarixi ərazilərini azad etmək üçün aparılan 44 günlük müharibədən də danışıb. O qeyd edib ki, Ermənistan bu müharibədə də beynəlxalq humanitar hüquq normalarını pozub. Daha sonra çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Xocall qurbanlarına və şəhidlərə Allahdan rəhmət diləyib. O, tezliklə Xocalı qurbanları üçün də ədalətin tam bərpa oluncağına inam ifadə edib. Mərasimdə Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının gürcü dilində hazırladığı “Ana fəryadı” adlı teatrlaşdırılmış səhnə təqdim olunub. Səhnə əsərində işğaldan azad olunan yurduna qayıdan gənc qızın taleyindən bəhs edilir. Qeyd edək ki, anım tədbirində Xocalı qətliamı mövzusunda fotolar da sərgilənib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989