Haqqımızda Reklam
24 
Fev
2021
15:06
12
8
3522

Qapalı ticarət mərkəzləri ilə bağlı yeni qərar verildi

Alış-veriş mərkəzləri və bazarlar mart ayının əvvəllərindən şənbə və bazar günləri də işləyəcəklər. 24News.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili, Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə açıqlama verib. Onun sözlərinə görə, alış-veriş mərkəzləri və bazarlar şənbə və bazar günləri də 8 martdan etibarən fəaliyyət göstərəcəklər. Xatırladaq ki, Tbilisi də daxil olmaqla bir neçə böyük şəhərlərdə alış-veriş mərkəzlərinin və bazarların şənbə və bazar günlərində fəaliyyətinə qadağa qoyulmuşdur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989