Haqqımızda Reklam
23 
Fev
2021
20:55
14
24
2667

İlham Əliyev Qaribaşviliyə məktub yazdı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrakli Qaribaşviliyə təbrik məktubu göndərib. 24News.ge xəbər verir ki, Əliyev Qaribaşvilini baş nazir kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib. Sözügedən təbrik məktubunda deyilir: “Azərbaycan ilə Gürcüstanı dərin tarixi kökləri olan ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, sıx tellər ilə biri-birinə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasındakı səmərəli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir”. İ. Əliyev Qaribaşviliyə Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989