Haqqımızda Reklam
23 
Fev
2021
18:25
20
4
2269

Çavuşoğlu Gürcüstanı razı salmağa çalışdıqlarını açıqladı

“3+3 platformasına qatılması üçün Gürcüstanı razı salmağa çalışırıq”. 24News.ge xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla Ankarada birgə mətbuat konfransında deyib. “Ümid edirik ki, Gürcüstan “3+3” platformasında iştirak edəcək. Bundan hər kəs qazanacaq”, - deyə Türkiyə XİN başçısı vurğulayıb. Türkiyəli nazir Gürcüstanda hökumət dəyişikliyinin baş verdiyini və Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün təxirə salındığını da xatırladıb. Qeyd edək ki, Azərbaycan tərəf artıq 3+3 formatında yeni regional əməkdaşlıq platforması təklif edib. Bu platformanın mühüm tərkib hissəsi Naxçıvandan keçməklə Azərbaycan və Türkiyəni birləşdirəcək yeni dəhlizdir. Buraya Rusiya, İran, Ermənistan və Gürcüstanda daxil ola bilər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989