Haqqımızda Reklam
23 
Fev
2021
17:12
33
4
2481

Tbilisidə etirazçılar Rustaveli prospektini bağladı

Aksiya iştirakçıları hökumət evindən parlament binası qarşısına yürüş ediblər. 24News.ge xəbər verir ki, onlar aksiyanı parlament binası qarşısında davam etdirəcəklərini bildirirlər. Aksiya iştirakçıları həmçinin, Rustaveli prospektini bağlayıblar və parlament binası qarşısında çadırlar qurmağa başlayıblar. Onlar, tələblərinin yerinə yetirilənədək parlament binası qarşısında çadırlarda qalaraq aksiyalarını davam etdirəcəklərini bildirirlər. Bundan başqa müxalif liderlər geniş miqyaslı aksiyaların davamlı şəkildə olacağını, növbəti geniş miqyaslı yürüşün 26 fevral saat 15:00-da Tbilisidə, Filarmoniya qarşısından başlayaraq parlament qarşısına doğru davam edəcəyini və aksiyanı parlament qarşısında davam edəcəklərini bildiriblər. Qeyd edək ki, müxalifətin tələbləri Nika Melianın azad olunması və növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Xatırladaq ki, bu gün Nika Melianın həbs edilməsinə etiraz olaraq müxalif partiyalar və mülkü fəallar saat 15:00-da hökumət evi qarşısında akiya keçirməyə başlayıblar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989