Haqqımızda Reklam
23 
Fev
2021
15:05
19
8
1915

Keçmiş baş nazir ölkədə baş verən proseslərə münasibət bildirdi

“Hökumət ən qısa müddətdə hüquqi yollar tapmalı və Nika Meliyanı həbsdən azad etməlidir”. 24News.ge xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş baş naziri Giorgi Kvrikaşvili, Nika Melianın həbs olunmasına şəxsi facebook səhvəsində fikir bildirərkən qeyd edib. Onun sözlərinə görə, hakimiyyət ölkəni ən çətin qarşıdurma yoluna girməsini əngəlləyən bir həll yolu tapmalıdır: “Ölkədəki mövcud vəziyyəti nəzərə alaraq, hökumət ən qısa müddətdə hüquqi yollar tapmalı və Nika Meliyanı həbsdən azad etməli, sonra təsirli addımlar atmalı və ölkəni ən çətin qarşıdurma yoluna girməsini əngəlləyən bir həll yolu tətbiq etməlidir. Şübhəsiz ki, yuxarıda göstərilən seçim yolu, Gürcüstanın demokratik Qərb ölkələrinin ailəsində layiqli yer tapmaq üçün seçdiyi trayektoriyadan geriləmə və kənarlaşmasından daha mühümdür”, - deyə Kvrikaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989