Haqqımızda Reklam
19 
Fev
2021
10:02
15
2
451

ABŞ-ın daha bir şəhərində 26 fevral Xocalı soyqırımının anım günü elan edilib

ABŞ-ın Florida ştatının cənubunda yerləşən Hallandeyl-Biç (Hallandale Beach - Red) şəhərinin meri Coy Kuper 2021-ci ilin 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib. 24News.ge xəbər verir ki, bu barədə Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminova məlumat verib. T. Eminova bildirib ki, şəhər meri Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar qəbul etdiyi bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 600-dən çox günahsız vətəndaşın, o cümlədən qadınların və uşaqların öldürülməsindən danışılır. Sənəddə qeyd edilir ki, “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının dəlillərinə əsasən, Xocalı soyqırımı regionda ən böyük hərbi cinayətdir. Xocalı hadisələrinin dəhşətli itkilərdən xəbər verdiyi, habelə bütün dünyada insanların bir-birini daha yaxşı başa düşməsinin və onların tolerantlığının vacib olduğunu göstərdiyi üçün Hallandale Beach şəhərinin meri Coy Kuper 2021-cı il fevralın 26-nı Hallandale Beach şəhərində Xocalı soyqırımının anım günü elan edir.

www.24news.ge