Haqqımızda Reklam
13 
Iyn
2019
05:13
2
1
414

İşğal olunmuş Abxaziya qaranlığa qərq oldu - Şimşək düşdü

İşğal olunmuş Abxaziya elektrik enerjisiz qalıb. 24News.ge Birinci kanala istinadən xəbər verir ki, bu barədə yerli “Çernomorenerqo” enerji şirkəti məlumat yayıb. Şirkətin məlumatına görə, işğal olunmuş Qali rayonunda hava pisləşib və Qali rayonunda elektrik ötürücü xəttinə şimşək düşüb buna görə, demək olar bütün işğal olunmuş Abxaziyada elektrik enerjisi kəsilib. Məlumata görə ötürücü xətt ciddi zədələnməyib. Xatırladaq ki, işğal olunmuş Abxaziyanın elektrik enerji ilə təminatı “EnqurSES” vasitəsi ilə həyata keçirlir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989