Haqqımızda Reklam
13 
Iyn
2019
05:03
3
0
485

Ruhani: İran istənilən təcavüzə sarsıdıcı cavab verəcək

İran müharibəni birinci başlatmayacaq, lakin istənilən təcavüzə sarsıdıcı cavab verəcək. 24News.ge TASS-a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşün yekunlarını şərh edərkən bildirib. İran prezidenti qeyd edib ki, ABŞ onun ölkəsinə qarşı iqtisadi müharibəni dayandırsa, Yaxın Şərq regionunda müsbət dəyişikliklər mümkündür: “Əgər biz bu gün regionda gərginlik varsa, bunun əsas səbəbi ABŞ-ın İran millətinə qarşı həyata keçirdiyi iqtisadi müharibədir. Bu müharibə bitəndən sonra, biz regionda və dünyada müsbət hadisələrin şahidi olacayıq. İran regionun və dünyanın təhlükəsizliyi üçün əhəmiyyətli olan nüvə silahlarına dair razılaşmaya sadiqliyini qoruyacaq”.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989