Haqqımızda Reklam
13 
Iyn
2019
04:42
1
5
1369

Kvemo Kartli bölgəsini çəyirtkə basıb

24News.ge xəbər verir ki, yerli sakinlər ziyanvericilərə ən çox Qardabani rayonu və Tbilisi-Rustavi-Qırmızı körpü magistral yolu boyu rast gəlirlər. Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kvemo Kartli bölgəsi üzrə nümayəndəliyindən hazırda çəyirtkələrin fəal dövrünün olduğu bildirilib. Çəyirtkələr insan sağlamlığı üçün təhlükəli olmasa da, əkin sahələri və məhsula ciddi ziyan vurur. Çəyirtkələrin yayıldığı ərazilərdə profilaktik tədbirlər aparılsa da, ziyanvericilərin yeni ərazilərə yayılması müşahidə olunur. Bu gündən etibarən Qardabani və Bolnisi rayonlarında çəyirtkələrin yayılmasına qarşı tədbirlər həyata keçiriləcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989