Haqqımızda Reklam
12 
Iyn
2019
22:47
1
2
327

Gürcüstanın hökümət nümayəndəsi Rusiya ilə danışıqlar aparacaq

Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr məsələləri üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze sabah Çexiyanın paytaxtı Praqada Rusiya xarici işlər nazirinin müavini Qrigori Karasinlə görüşəcək. 24Neüs.ge “Apsny.ge”yə istinadən xəbər verir ki, bu barədə Z.Abaşidze bildirib. Onun sözlərinə görə, görüşdə əsasən iki ölkə arasındakı iqtisadi əlaqələr müzakirə olunacaq. “Bizim gündəmimizdə ticari-iqtisadi əlaqələr, nəqliyyat əlaqələri, müəyyən humanitar məsələlər dayanır. Biz hava daşımaları, avtomobil və yükdaşımalarında öz şirkətlərimizin maraqlarını maksimal dərəcədə qorumağa çalışırıq”, - deyə Zurab Abaşidze qeyd edib. O vurğulayıb ki, Qrigori Karasinlə hər görüşün əvvəlində işğal olunmuş ərazilərdəki vəziyyətə toxunur. Z.Abaşidze əlavə edib ki, yaxın zamanda Gürcüstan və Rusiya siyasətçilərinin yüksək səviyyəli görüşü planlaşdırılmır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989