Haqqımızda Reklam
12 
Iyn
2019
22:39
1
0
539

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü yekunlaşdı - Nələr müzakirə olundu?

Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Türkiyə-Gürcüstan müdafiə nazirlərinin ikitərəfli görüşlərindən sonra nazirlərin üçtərəfli görüşü başa çatıb. 24News.ge Azərbaycan KİV-lərinə istinadən xəbər verir ki, hər 3 ölkənin nazirləri görüşün yekunlarına dair protokol imzalayıblar. Görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər. Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989