Haqqımızda Reklam
12 
Iyn
2019
20:40
6
4
758

Türkiyənin Gürcüstandakı səfiri Marneuli meri ilə görüşüb (FOTO)

Türkiyənin ölkəmizdəki səfiri Fatma Ceren Yazqan Marneuli rayonuna səfər edib. 24News.ge xəbər verir ki, səfər çərçivəsində xanım səfir rayon bələdiyyəsində Marneulinin meri Zaur Darğallı ilə görüşüb. F.C.Yazqan Z.Darğallını mer vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Tərəflər əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə gələcək planları müzakirə ediblər. Görüşdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Tbilisi koordinatoru Necla Demirdağ da iştirak edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989