Haqqımızda Reklam
30 
Yan
2021
22:09
15
16
2142

Baş nazir peyvəndin ölkəyə gəlməsi ilə bağlı açıqlama verdi

"Koronavirus əleyhinə Pfizer vaksini fevral ayının sonunadək ölkəmizə gətirləcək". 24News.ge xəbər verir ki, bu barədə baş nazir Giorgi Qaxaria rəsmi facebook səhifəsində açıqlama edib. Baş nazir həmçinin Gürcüstana dəstəyindən dolayı Dünya Səhiyyə Təşkilatının rəhbərinə də öz təşəkkürünü bildirib. "Ölkəmizin və mənim yaxın dostum olan, Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adano Qebresiusa Gürcüstana göstərdiyi önəmli dəstək üçün təşəkkür edirəm. Milli plana uyğun olaraq, vaksini aldığımız andan etibarən, ilk olaraq tibb işçilərimizin vaksinasiyası start götürəcək", - deyə Qaxaria qeyd edib. Baş nazir fevralın ortalarına qədər ölkəyə 29.250 doza Pfizer peyvəndinin gətiriləcəyini bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989